3 noyabr "Riyaziyyat OLİMPİADASI" imtahan mövzuları

Onlayn bilet almaq üçün daxil olun: https://exams.nomre1.edu.az/
 

Azərbaycan bölməsi

  • 2-ci sinif: 
Ədədin müqayisəsi. Sıralama. İkirəqəmli ədədlə birrəqəmli ədədin toplanması. Onluqların toplanması, çıxılması. İkirəqəmli ədədlə birrəqəmli ədədin fərqi. Toplama, çıxma. Vurma və bölmə. Bərabər paylama. Tək və cüt ədədlər. Xətt, bucaq. Çoxbucaqlı. Üz, til və təpə. İkirəqəmli ədədlərin toplanması. Üç toplananlı ifadələr.
  • 3-cü sinif:
Ədədlər. Üçrəqəmli ədədlər. Yuvarlaqlaşdırma. Toplama. Üçrəqəmli ədədlərin toplanması. Çıxma. Üçrəqəmli ədədlərin çıxılması. Üçrəqəmli ədədlərin çıxılması (onluğun ayrılması). Üçrəqəmli ədədlərin çıxılması (yüzlüyün ayrılması).
  • 4-cü sinif:
Ədədlər. Yuvarlaqlaşdırma. Toplama, çıxma. Üçrəqəmli ədədlərin toplanması, çıxılması. Vurma və bölmə. Dördrəqəmli ədədin birrəqəmli ədədə vurulması, bölünməsi. Çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulması, bölünməsi. Riyazi ifadələr. Tənlik. Tənlik qurmaqla məsələ həlli. Həndəsi fiqurlar. Bucaq. Bucağın ölçüsü. Bucağın ölçülməsi. Transportir. Koordinat şəbəkəsi.
  • 5-ci sinif:
Natural ədədlər və onlar üzərində əməllər. Mövqeli və mövqesiz say sistemləri. Ədəd oxu və natural ədədlərin müqayisəsi. Adi kəsrlər. Düzgün kəsrlər, düzgün olmayan kəsrlər, qarışıq ədədlər. Qarışıq ədədlərin toplanması, çıxılması. Dairəvi diaqram. Onluq kəsrlər. Onluq kəsrlərin müqayisəsi. Hissəsinə görə ədədin tapılması. Onluq kəsrlərin yuvarlaqlaşdırılması. Adi kəsrin onluq kəsrə, onluq kəsrin adi kəsrə çevrilməsi.
  • 6-cı sinif:
5-ci sinfin təkrarı. Adi kəsrlər. Kəsrin əsas xassəsi. Kəsrlərin ixtisarı. Kəslərin vurulması, bölünməsi. Sadə və mürəkkəb ədədlər. Mürəkkəb ədədin sadə vuruqlara ayrılışı. Nisbət. Tənasüb. Tərs mütənasib kəmiyyətlər. Müsbət və mənfi ədədlər. Əks ədədlər. Tam ədədlər. Ədədin modulu. Tam ədədlərin müqayisəsi.
  • 7-ci sinif:
5, 6-cı sinfin təkrarı. Rasionlal ədədlər. Rasional ədədlərin müqayisəsi. Dövri onluq kəsrlər. Modullu və ikiqat bərabərsizliklər. Paralellik. Perpendikuliyarlıq. Mərkəzi simmetriya. İki düz xəttin üçüncü ilə kəsişməsindən alınan bucaqlar. Birhədlilər. Çoxhədlilər. Birhədlinin çoxhədliyə vurulması. Çoxhədlinin çoxhədliyə vurulması. Çoxhədlinin vuruqlara ayrılması. Üç tərəfinə görə üçbucağın qurulması. Üçbucağın bucaqları və tərəfləri.
  • 8-ci sinif:
5, 6, 7-ci sinfin təkrarı. Kvadrat kök. Həqiqi ədədlər. y=x2 və y=√𝑥 funksiyaları. Tam üstlü qüvvət. Pifaqor teoremi. Kvadrat tənliklər. Kvadrat tənliyin kökləri düsturu. Dördbucaqlılar. Paraleloqram. Üçbucağın orta xətti. Trapesiya. Rasional ifadələr. Rasional ifadələrin sadələşdirilməsi. y= 𝑘/𝑥 funksiyası və onun qrafiki. Sahə aksiomları. Paraleloqramın sahəsi.

Onlayn bilet almaq üçün daxil olun: https://exams.nomre1.edu.az/