YÖS hazırlığı

Son zamanlar Türkiyədə təhsil almaq istəyənlərin sayı durmadan artmaqdadır. Türkiyədə ali təhsil almağın ilk yolu YÖS (Yabancı öğrencı Sınavı) hazırlığıdır. 
YÖS hazırlığı Riyaziyyat və məntiq fənləri üzrə aparılır. Bu imtahana hazırlaşmaqla siz Türkiyədə istənilən universitetə qəbul ola bilərsiniz. 

Tədris YÖS  proqramına uyğun aparılır;
Dərslər  həftəlik  3 dəfə olmaqla hər fənn 3 saat tədris olunur;
Dərslər saat 15:00- 19:00 arası keçirilir;
Dərslər qrup şəklində keçirilir və hər qrupda ortalama 8-10 şagird olur;
Dərslər Sentyabrın 1-i başlayır və qəbul imtahanına qədər davam edir;
Həftəlik və aylıq sınaq imtahanları keçirilir;
İmtahanlarda zəif nəticə göstərilən fənlərdən əlavə pulsuz dərslər keçirilir.
 

SAT hazırlığı

SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür.

SAT 1-də “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır və “Riyaziyyat”, “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir.

SAT 2 isə “Subject Test” 1 saatlıq bir test imtahanıdır və bu mərhələdə suallar daha çox seçmə fənnlərdən ibarətdir. SAT 2-də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan,İtalyan, Latın, Yapon, Çin dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz.

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir.

SAT imtahanına hazırlaşmaq üçün sizin ingilis dili səviyyəniz  upper-intermediate (B2) olmalıdır, çünki dərsləriniz ancaq ingilis dilində olacaq və imtahana hazırlıq üçün 6-8 ay kifayət edir.

Criticial Reading və Riyazi hissə hər biri 800 bal olmaqla, ümumilikdə 1600 bal toplamaq mümkündür.

Spesifik fənlərdən təşkil olunmuş SAT2 də isə  ballar 200-800 intervalında dəyişir.

Ətraflı məlumat üçün filiallarımız ilə əlaqə saxlaya bilərsiniz. Filialın üzərinə klik edərək filial səhifəsinə keçid edin.