Mərkəzləşdirilmiş imtahanla qəbulu aparılan lisey və gimnaziyalarda qəbul prosesinə bir sıra dəyişiklik edilib. Dəyişikliyə əsasən lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq, qəbul 4,5,6,7-ci sinif şagirdləri (müvafiq olaraq 5,6,7,8-ci sinfə qəbul) üçün sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq.

Tədris dili üzrə tapşırıqlar oxuyub-anlama bacarıqları və dil qaydalarına dair biliklərin ölçülməsi istiqamətində, riyaziyyat fənni üzrə tapşırıqlar isə müvafiq siniflər üzrə riyazi bilik və bacarıqların, eyni zamanda şagirdlərdə riyazi təfəkkürün ölçülməsi istiqamətində hazırlanacaq.

✅ Liseylərə hazırlıq üzrə bütün filiallarımızda qeydiyyat davam edir. 2 fənn üzrə qiymət 20% güzəştlə 100₼ olacaq. Yeni qrupların dərsləri fevral ayında başlayacaq. Hər fənn həftədə 3 gün tədris edilir.

Sual nümunələrini sizə təqdim edirik. Sinfin üzərinə klik edərək suallara baxa bilərsiniz.

4-cü sinif Nümunə suallar

5-ci sinif Nümunə suallar

6-cı sinif Nümunə suallar

7-ci sinif Nümunə suallar

8-ci sinif Nümunə suallar

Примеры вопросов для 4 класса

Примеры вопросов для 5 класса

Примеры вопросов для 6 класса

Примеры вопросов для 7 класса

Примеры вопросов для 8 класса
 

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib:

Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar:

• Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası;
• Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya;
• Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası;
• Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; 
• Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi;
• Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey;
• Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;
• Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey;
• Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
• Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
• Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
• Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey;
• Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya.

     Digərləri:

• Bakı şəhəri 16 nömrəli Lütfi Zadə adına texniki-humanitar lisey; 
• Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; 
• Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
• Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi;
• Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;  
• Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
• Ağstafa şəhər  texniki-humanitar təmayüllü lisey; 
• Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey;
• Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.