Tədris mərkəzimizdə abituriyent hazırlığı Dövlət İmtahan Mərkəzinin (DİM) ali məktəblərə qəbul proqramı əsasında aparılır. Hazırlıq 8, 9, 10, 11-ci siniflər və məzunlar üçün nəzərdə tutulur. Tədris edən müəllimlər öz sahəsində peşəkar və təcrübəli müəllimlərdir. Abituriyentlərin nəticələrini daha da yaxşılaşdırmaq üçün aylıq sınaq imtahanları və psixoloji-həvəsləndirici seminarlar keçirilir.
8-9-10-cu siniflər:
- Tədris kurikulum sistemi və Dövlət İmtahan Mərkəzinin (DİM) proqramına uyğun aparılır;
- Dərslərimiz 5 qrup üzrə keçirilir;
- Dərslər ixtisas qrupu üzrə gündə 3-4 saat olmaqla həftədə (toplam 12 saat) 3 gün tədris olunur;
- Dərslər saat 15:00-19:00 arası keçirilir;
- Dərslər qrup şəklində keçirilir və hər qrupda ortalama 8-10 şagird olur;
- Dərslər Sentyabr ayında başlayır, İyul ayında bitir (10 ay);
- Həftəlik və aylıq sınaq imtahanları keçirilir;
- İmtahanlarda zəif nəticə göstərilən fənlərdən əlavə pulsuz dərslər keçirilir.
11-ci sinif və Məzunlar:
- Tədris Dövlət İmtahan Mərkəzi (DİM) proqramına uyğun aparılır;
- Dərslərimiz 5 qrup üzrə keçirilir;
- Dərslər ixtisas qrupu üzrə gündə 5 saat olmaqla həftədə (toplam 15 saat) 3 gün tədris olunur;
- Dərslər saat 15:00-20:00 arası keçirilir;
- Dərslər qrup şəklində keçirilir və hər qrupda ortalama 8-10 şagird olur;
- Dərslər Sentyabr ayında başlayır və qəbul imtahanına qədər davam edir;
- Həftəlik və aylıq sınaq imtahanları keçirilir;
- İmtahanlarda zəif nəticə göstərilən fənlərdən əlavə pulsuz dərslər keçirilir.
Ətraflı məlumat üçün filiallarımız ilə əlaqə saxlaya bilərsiniz. Filialın üzərinə klik edərək filial səhifəsinə keçid edin.