"Nömrə 1 Tədris Mərkəzi"ndə şagirdlər üçün bir çox imtahan növləri mövcuddur.

Məktəbəqədər və 1-ci sinif

İmtahan Azərbaycan və Rus bölməsi üzrə Ana dili, Riyaziyyat, Məntiq və Həyat bilgisi fənlərindən olur. Yanvar ayından etibarən isə İngilis dili fənni də əlavə edilir. Ana dili və Riyaziyyat 15 sual, digər fənlər 10 sual olur. Məntiq 10, digər fənlər 15 bal olur. Səhv düzü aparmır. Maksimal bal 700. Bütün suallar qapalı olur.
Qiymət: 10 Azn (Endirimlə 8 Azn)

Nömrə 1 Yarışı

"Nömrə 1 Yarışı" Azərbaycan və Rus bölməsi üzrə Ana dili, Riyaziyyat, Məntiq, Xarici dil, Həyat bilgisi (Tarix) fənlərindən olur. Hər fənn üzrə 10 sual təqdim edilir. Məntiq 10 bal, digər fənlər 15 bal olur. Maksimal bal 700 baldır. Hər fənn üzrə 2 açıq sual mövcuddur. Səhv düzü aparmır.
Qiymət: 10 Azn (Endirimlə 8 Azn)

Asan SINAQ

"Asan SINAQ" imtahanı Azərbaycan və Rus bölməsi üzrə Ana dili, Riyaziyyat, Xarici dil (İngilis dili və Rus dili) fənlərindən olur. Hər fənn üzrə 20 sual təqdim edilir. Ana dili 15 bal, riyaziyyat və ingilis dili 10 bal olur. Maksimal bal 700 baldır. Bütün suallar qapalıdır. Səhv düzü aparmır.
Qiymət: 10 Azn (Endirimlə 8 Azn)

Təkmilləşmə SINAQ

Təkmilləşmə SINAQ Azərbaycan və Rus bölməsi üzrə Ana dili, Riyaziyyat, Məntiq, Xarici dil (İngilis və ya Rus dili) fənlərindən olur. Hər fənn üzrə 10 sual təqdim edilir. Ana dili və Riyaziyyat 20 bal, İngilis dili və Məntiq isə 15 bal olur. Maksimal bal 700 baldır. Hər fənn üzrə 2 açıq sual mövcuddur. İngilis dili üzrə 3 sual dinləmə mətninə aid olur. Səhv düzü aparmır.
Qiymət: 8 Azn (Endirimlə 5 Azn)

Olimpiadalar

Əsasən 2-8-ci siniflər üzrə keçirilir. Riyaziyyat və Məntiq, Azərbaycan dili, İngilis dili olimpiadaları olur.
Qiymət: 15 Azn (Endirimlə 10 Azn)

YÖS

Türkiyədə təhsil almaq istəyən 9,10,11-ci siniflər YÖS imtahanına müraciət edir. İmtahan Məntiq 45 sual, Riyaziyyat 35 sual olmaqla 80 sual olur. 1 sual 1,25 bal olur. Maksimal bal 100 baldır.
Qiymət: 15 Azn (Endirimlə 10 Azn)

9-cu sinif BURAXILIŞ

Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında Tədris dili - Dil qaydalarına dair qapalı tipli 10 tapşırıq; - Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 və qapalı tipli 8 tapşırıq (hər iki mətn üzrə ümumilikdə 20 tapşırıq) Cəmi: 30 tapşırıq.
Riyaziyyat - Qapalı tipli 15 tapşırıq; - Cavablarının kodlaşdırılması tələb olunan açıq tipli 6 tapşırıq; - Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq. Cəmi: 25 tapşırıq.
Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) - Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 və qapalı tipli 5 tapşırıq; - qapalı tipli 16 tapşırıq; - Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 5 tapşırıq. Cəmi: 30 tapşırıq.
Səhv düzü aparmır. Hər fənn üzrə 100 bal, ümumi 300 bal. İmtahan müddəti 3 saatdır.
Qiymət: 15 Azn (Endirimlə 10 Azn)

8. 9, 10, 11-ci sinif Qəbul I Mərhələ (Buraxılış fənləri)

Tədris dili - Dil qaydalarına dair qapalı tipli 10 tapşırıq; - Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 və qapalı tipli 5 tapşırıq (hər iki mətn üzrə ümumilikdə 20 tapşırıq). Cəmi: 30 tapşırıq.
Riyaziyyat - Qapalı tipli 13 tapşırıq; - Cavablarının kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq; - Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq. Cəmi: 25 tapşırıq.
Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) - Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 3 tapşırıq; - Qapalı tipli 16 tapşırıq; - Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 4 və qapalı tipli 4 tapşırıq. Cəmi: 30 tapşırıq.
Səhv düzü aparmır. Hər fənn 100 bal, maksimal bal 300 baldır. İmtahan müddəti 3 saatdır.
Qiymət: 15 Azn (Endirimlə 10 Azn)

9,10,11-ci sinif Qəbul II Mərhələ (BLOK fənfənlər)

​​Hər blokda 3 fənn mövcuddur. Hər fənn üzrə 30 sual, ümumilikdə 90 sual olur. Hər fənn üzrə 22 qapalı, 5 açıq, 3 situasiya sualı təqdim edilir. Əsas fənlər 150, əlavə fənn 100 bal olur. Qapalı suallarda 4 səhv 1 düzü aparır. Maksimal bal 400 bal.
Qiymət: 15 Azn (Endirimlə 10 Azn)

  • I BLOK: 

Riyaziyyat 150 bal 
Fizika 150 bal 
Kimya / İnformatika 100 bal

  • II BLOK: 

Riyaziyyat 150 bal 
Coğrafiya 150 bal 
Tarix 100 bal 

  • III BLOK: 

Ana dili 150 bal 
Tarix 150 bal 
Ədəbiyyat/Coğrafiya 100 bal 

  • IV BLOK: 

Biologiya 150 bal 
Kimya 150 bal 
Fizika 100 bal

✅ 3-cü qrup üzrə Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarını seçmək istəyənlər ədəbiyyat əvəzinə coğrafiya fənni üzrə imtahan verəcək. 
✅ 1-ci qrup üzrə İnformatika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Sistemlər mühəndisliyi ixtisaslarını seçmək istəyənlər kimya əvəzinə informatika fənni üzrə imtahan verəcək. 
✅ Bütün ixtisas seçimlərində iştirak etmək istəyənlər bütün fənləri seçə biləcək. Belə ki, 3-cü qruplar əlavə olaraq coğrafiya, 1-ci qruplar isə əlavə olaraq informatika fənni üzrə imtahanda iştirak edə biləcək (Bunun üçün əlavə 5 Azn ödəniş ediləcək).

Rus bölməsi şagirdləri üçün “Azərbaycan dili” imtahanı

İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. Dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə 
cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq); dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq; oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq). İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
Qiymət: 15 Azn (Endirimlə 10 Azn)